Haqqımızda
Zentria Business Group – Azərbaycanda əsası qoyulmuş çoxprofilli bir biznes qrupudur. Zentria, müxtəlif sahələrdə ixtisaslaşmış törəmə şirkətləri ilə müştərilərinə inteqrasiya olunmuş, innovativ və yüksək keyfiyyətli xidmətlər təqdim edir. Şirkətin əsas məqsədi – regionda və beynəlxalq miqyasda güclü, etibarlı və çevik bir biznes şəbəkəsi qurmaqdır.
Zentria-nın fəaliyyəti aşağıdakı sahələri əhatə edir:
· Zentria Finance – hüquqi şəxslər üçün mühasibatlıq, vergi və maliyyə konsaltinqi xidmətləri
· Zentria Logistics – daxili və beynəlxalq yükdaşıma, ekspeditorluq və təchizat zənciri həlləri
· Zentria Digital – süni intellekt əsaslı marketinq, rəqəmsal kontent, sosial media idarəçiliyi və biznes üçün AI həlləri
· Zentria Supply – bizneslər üçün satınalma xidmətləri, məhsul təchizatı və tender iştirakçılığı
· Zentria Green – dayanıqlı inkişaf, yaşıl texnologiyalar və ekoloji yönümlü layihələrin hazırlanması (layihə mərhələsindədir)
Zentria Business Group, bütün törəmə şirkətlərini bir çətir altında birləşdirərək müştərilərinə vahid yanaşma, effektiv idarəetmə və etibarlı tərəfdaşlıq təklif edir. Hər bir törəmə şirkət öz sahəsində ixtisaslaşmış komandalar tərəfindən idarə olunur və Zentria Group-un korporativ dəyərləri ilə fəaliyyət göstərir.

.png)


